Şeirlər

Abdulla Şaiq. Çoban mahnısı

Sürür inəkləri Dadaş,

Otarmağa yavaş-yavaş;

Belində bağlama çörək,

Yanında bir ala köpək.

Basıb gözə papağını,

Vurur yerə çomağını.

Ara-sıra oxur, çalır,

Sürü həvəslə otlayır:

- Yaşıllanıb çəmən, çayır,

səfalanıb dərə, bayır.

İnəklərim, ot otlayın,

Sabaha süd hazırlayın!

Sizi gözətləyir Fatı,

əlində badya, həm çat