Bu maraqlıdır!

Mayyalıların yazı və təqvim üsulu

Mayyalılar iki vaxt ölçüsündən istifadə edirdilər, yəni iki müxtəlif təqvimləri olub. 


Birinci təqvim 260 gündən ibarət olub və hər birində 20 gün olmaqla, on üç aydan ibarət idi. İkinci təqvim indiki təqvimə oxşayırdı, 365 gündən ibarət idi, ancaq başqa şeylərdə ondan fərqlənirdi, çünki o, hər birində iyirmi gün olan on səkkiz aya bölünmüşdü, əlavə beş günlük bir dövr var idi. 


Bu iki təqvimdən müxtəlif məqsədlər üçün istifadə edirdilər. 260 günlük təqvim gələcəyi demək üçün istifadə edilirdi. 365 günlük təqvimdən isə kənd təsərrüfatının fəaliyyətinə nəzarət etmək, vacib hadisələrin və dini bayramların vaxtını təyin etmək üçün istifadə edilirdi.  

 

Yazı mayya xalqının böyük nəaliyyəti idi və o yunan yazısı qədər mürəkkəb idi.

 

Mayya xalqının yazısı 820 işarədən ibarət idi, onu paralel sütunlarla yazırdılar. Qlif və heroqlif adlanan bu işarələrin sirrini indiyə qədər aça bilmirlər.

 

Mayyalılar yazılardan öz astronomiya müşahidələrini, öz hökmdarlarının tarixini və dini qeydləri saxlamaq üçün istifadə edirdilər.