Xəbərlər

10 Aprel - İnşaatçılar Günüdür

Azərbaycan Prezidentinin 2009-cu il 16 dekabr tarixli Sərəncamı ilə hər il aprelin 10-u ölkədə “İnşaatçılar günü” peşə bayramı kimi qeyd olunur. Bu, həm də inşaat sahəsində çalışanların əməyinə dövlətimiz tərəfindən verilən böyük dəyərdir.

 

Azərbaycan inşaatı və memarlığı qədim tarixi ənənələrə malikdir. Maddi mədəniyyətimizin çox qiymətli nümunəsi olan İçərişəhər təkcə Azərbaycan üçün deyil, həm də bəşəri dəyər kimi yüksək qiymətləndirilən tarixi abidədir. Bunu İçərişəhərin ərazisində yerləşən Qız qalası və Şirvanşahlar Saray Kompleksinin UNESCO-nun Dünya Maddi İrs Siyahısına salınması da sübut edir. Həm Şirvanşahlar Saray Kompleksi, həm də Qız qalası Azərbaycan qanunvericiliyi, eləcə də UNESCO tərəfindən dünya əhəmiyyətli abidələr kimi tanınır. Azərbaycan memarlığı və tarixinin bir hissəsi, xalqımızın maddi-mədəniyyət irsinin qiymətli nümunəsi olan bu abidələr UNESCO-nun ümumdünya irsi kimi qəbul olunub. Təbii ki, bu da Azərbaycanın dünya mədəni irsinə çox əhəmiyyətli bir töhfəsidir.