Bu maraqlıdır!

Astek imperiyasının ürəyi sayılan şəhər

İspanlar XVI əsrdə indiki Mexikoya gələndə ikili şəhər Tenoçtitlan-Tlatelokonun gözəl şəhər ansamblının gözəl görünüşündən məftun olmuş və vəcdə gəlmişdilər. 


Bu monumental və effektli şəhər astek imperiyasının mərkəzində yerləşirdi. O, imperiyanın mərkəzi nüvəsi idi, burada imperator yaşayır və idarə edirdi, kommersiya fəaliyyəti təşkil olunur, hərbi hücumlara hazırlaşılırdı.

 

Tenoçtitlan şəhəri gölün ortasında yerləşmiş, bağlar və kanallar ilə əhatə olunmuşdu. O, materiklə böyük mərkəzi meydançadan başlayan üç döşənmə yol ilə birləşirdi. Bu meydanda səksənə qədər bina-məbədlər, top oynamaq üçün meydança, hərbi sərkərdələrin və kahinlərin iqamətgahı tikilmişdir.


Şəhərin mərkəzində əsilzadələrin sarayları, ictimai və inzibati binalara, ətrafda isə sakinlərin öz peşələrinə uyğun olaraq (tacirlər, rəssamlar, kəndlilər) kvartalları yerləşirdi. Mərkəzi meydanda yeddi mərhələyə tikilmiş və tikintisi 1487-ci ildə başa çatmış Uitsilopoçtli və Tlalokun şərəfinə ucaldılmış ikili məbəd seçilirdi. Tenoçtitlan göl şəhəri olduğuna görə onların əsas problemi əkin torpaqlarının az olması idi. Ona görə də asteklər bir növ lövbərlə gölün dibinə bərkildilmiş üzən tarlaları-çinampları ixtira etmişdilər.