Bu maraqlıdır!

Feodalizm

Orta əsrlərdə Avropada kralların öz orduları yox idi. Öz torpaqlarını qorumaq üçün onlar torpaqlarının çox hissəsini zadəganlara və feodallara verirdi. Onlar isə müharibə zamanı öz krallarını qorumaq barədə öhdəlik götürürdülər. əsgərləri cəlb etmək üçün feodallar da kral kimi hərəkət edirdilər: onlar öz torpaqlarını silahlı münaqişə zamanı topladıqları vasallar arasında bölüşdürürdülər. Əsgərlər arasında at üstündə döyüşən cəngavərlər seçilirdi.


Təhkimli adlanan kəndlilərin həyatı çox ağır idi. Onlar qədimdəki kimi qul deyildilər, ancaq azad adamlar da deyildilər. İşləyib becərdikləri torpağa təhkim olunmuşdular. Onlar malikanədən və ya feodalın torpağından kənara gedə bilməzdilər və özlərinin qorunması üçün məhsulun böyük hissəsini feodala verməli idilər. Təhkimli kəndlilər qonşu kəndlərlə münasibət qurmurdular. Orta əsrlərdə təsərrüfat özünü təmin etmə üstündə qurulmuşdu. Kəndli özü becərdiyi ilə yaşayır, lazım olan geyim və alətləri özü istehsal edirdi. O dövrlərdə ticarət, demək olar ki, yayılmamışdı.


Bu formada sosial və iqtisadi təşkil olunmuş quruluş feodalizm adlanır.