Bu maraqlıdır!

Top oyunu idman növü, yoxsa dini mərasim idi

Mayyalılar üçün top oyunu sadə əyləncə və ya fiziki məşğələ deyildi. Onun çox dərin dini mənası var idi: top günəşə işarə idi, oyun yeri isə Kainatın simvolu idi. 


Mayyalılar tək və ya qrup şəklində oynayırdılar. Oyunçu topu şaquli vəziyyətdə olan daş halqadan keçirməli idi, onlar topa ancaq dirsək, diz və baldırları ilə zərbə vura bilərdilər. 


Topu kauçukdan düzəldirdilər.Zərbələrdən qorunmaq üçün oyunçunun dizinə, dirsəyinə və baldırına dəridən sarğı bağlayırdılar.