Bu maraqlıdır!

Şərq mədəniyyətinin Qərbdə yayılması

Orta əsrlərdə müsəlman mədəniyyəti başqa xalqların biliklərini mənimsədiyi üçün yüksək inkişaf etdi.

 

Şərq müdrikliyini Qərbə çatdırdı. Hindistan sakinləri olan hindlilər onlara sıfırın daxil olduğu say sistemini öyrətmişdilər, bizanslılar (barbarların hücumlarından sonra sağ qalmış Şərqi Roma imperiyasının əhalisi) onları qədim yunanların fəlsəfəsi və tibbi ilə tanış etmişdilər.

 

Müsəlmanlar çinlilərin barıt və kompas kimi bir çox ixtiralarına yiyələnmiş, həmçinin elmin müxtəlif sahələrində, məsələn, tibbdə, (İbn Sina), riyaziyyatda (əl-Xorəzmi), fəlsəfədə (İbn Rüşd), coğrafiyada və tarix kimi elmlərdə özlərinin layiqli izlərini qoymuşdular.