Təbiət

Dişli kalamar

Atlantik okeanında bir alman tədqiqat gəmisi tərəfindən kəşf edilən bu maraqlı kalamar növünün dişləri insan dişləri kimidir. Nə qədər qorxulu görünsə də, okeanın səthindən təxminən 2 km aşağıda yaşayır, ona görə də onunla qarşılaşma ehtimalı çox aşağıdır.

 

Zəngin zülal qaynağı olan kalamar mollyuskalar sinfinə aid dəniz canlısıdır. Təxminən 300 növü olan kalamar, bədənlərini əhatə edən əzələ toxumasına malikdir. Buna mantiya deyilir. Bədənlərindəki rəng piqmentləri sayəsində istədikləri rəngə çevrilə bilirlər.

 

Dişli kalamarlarda müşahidə edilən ən yüksək çəki dişilərdə 275 kq, erkəklərdə isə 150 kq-dır. Dünyanın ən böyük gözlərindən birinə sahib olan nəhəng kalamarın bir gözünün diametri 30 sm-dir. Qollarında yüzlərlə əmzik var, ovunu tutmaq üçün istifadə edir.