Bu maraqlıdır!

İntibah dövründə dillər

İntibah dövrü İtaliyanın Florensiya bölgəsində 14-cü əsrdə başladı. İtaliyanın şimalında başlamış və sonra bütün Avropaya yayılmış İntibah dövrünün əsas dövrü 1450-1550-ci illərdə olub. Bu dövrdə böyük incəsənət, mədəniyyət və elmi əsərləri yaradıldı, çünki bu dövrdə insanlar daha çox onu əhatə edən aləmlə maraqlanmağa, təcrübələr aparmağa və vacib elmi kəşflər etməyə başladı. 


Bu, insanların düşüncə tərzinin dəyişməsi nəticəsində mümkün oldu. Ora əsrlərdə belə hesab edirdilər ki, baş verən hər bir şeyi Tanrı idarə edir, heç bir şey insandan asılı deyil. İntibah dövründə isə əksinə, inanırdılar ki, Tanrı özü istəyir ki, insanlar tədqiqatlarla məşğul olsun, öyrənsin və onları əhatə edən aləm haqqında düşünsün. Bu cür optimist düşüncə tərzi humanizm adlanırdı, çünki insan intellektini vacib sayır və böyük əhəmiyyət verirdilər. Humanistlər eyni zamanda ilahiyyatçılar, filosoflar, alimlər, tarixçilər, yazıçılar və dilşünaslar idi. Ən tanınmışlardan biri hollandiyalı Rotterdamlı Erazm olub. 

 

İntibah dövründə bütün təhsilli adamlar latınca oxumağı bacarırdılar.

 

O vaxtın mədəni təbəqəsində latın dili beynəlxalq dil idi. Çünki məhz onun sayəsində müxtəlif ölkələrdə yazılmış elmi yazıları oxumaq mümkün idi. Ancaq eyni zamanda intibah dövrünün xalqları öz dillərini (kastil, fransız, italyan, ingilis və s.) öyrənməklə məşğul olur və bu dillərin düzgün istifadə edilməsi üçün bir sıra qrammatika qaydaları nəşr etdirirdlər. 1492-ci ildə ispan humanisti Antonio de Nebrixa kastil dilinin qrammatikasını nəşr etdirdi.