Barokko dövrü
Barokko XVII –XVIII əsrlərdə Avropa mədəniyyətində renessans və klasisizm arasında mövcud olan bir cərəyan idi. Barokkonun beşiyi İtaliya olmuşdur. Bu stil ilk olaraq XVI–XVII əsrlərdə Roma, Mantuya, Venesiya, Florensiya kimi şəhərlərdə təşəkkül tapır. Barokko dövrünü "qərb sivilizasiyasının zəfər yürüşünün" başlanğıcı da adlandırırlar. Barokko özü üç: ilkin barokko (1600–1650), yüksək barokko (1650–1720), sonrakı barokko — rokoko (1720–1770) mərhələlərinə bölünür.
Kralların əzəmətinin barokko ilə əks etdirilməsinə istinadən, bu dövrün daha çox Saray incəsənətində yer aldığını qeyd edə bilərik.
Barokko dövründə ən geniş yayılmış əyləncələr hansılar idi?
Avropanın bütün əsas şəhərlərində teatrlar vardı. Həm zadəganlar, həm də sadə adamlar öz ən yaxşı paltarlarını geyinərək teatrlara baxmağa gedirdilər. İngiltərədə ən məşhuru “Qlobus” teatrı idi, burada Uilyam Şekspir öz pyeslərini tamaşaya qoyurdu, onların içində “Hamlet” və “Romeo və Cülyetta” kimi əsərləri seçilirdi. Fransanın paytaxtı Parisdə daha çox Molyer kimi tanınan məşhur komediyalar müəllifi Jan Batist Poklen çox böyük uğurla çıxış edirdi. Onun ən tanınmış pyesi “Xəsis” idi.
İspaniyada da artıq çox məşhur olmuş teatrları komediyalar həyatı adlandırırdılar. Publikanın ən sevimli müəllifi Lope de Veqa (“Fuente Ovexuna”, “Olmemodan olan Kabalyero” və s.) idi.
Barokko dövrünün ən tanınmış romanı öz orijinallığı ilə hamını heyran edən “Don Kixot” kitabıdır. Bu romanın əsas qəhrəmanı La Mançdan olan ağlını itirmiş zadəgan, macəra axtarışı ilə səyahət edən cəngavərdir. Onun yanında silahdaşıyanı vəzifəsini yerinə yetirən kəndli Sanço Pansa müşayiət edirdi. Birlikdə onlar çoxlu macəralar yaşayırlar və həmişə də uğursuzluğa düçar olurlar, çünki həmişə reallıq onların fantaziyalarını üstələyir. Nəhayət don Kixot evə qayıtmağa məcbur olur və ölümdən qabaq ağlı başına gəlir.
İtalyan Qalileo Qaliley öz kəşfi ilə Kopernikin yerin Günəş ətrafında fırlanması nəzəriyyəsini təsdiq etdi. Özünün ixtira etdiyi teleskopun köməyilə o, Yupiterin dörd peykini, Saturnun dairəsini, Günəşdə ləkəni və Ayın relyefini kəşf etdi.
“Üsullar haqqında düşüncələr”əsərinin müəllifi, fransız filosofu Rene Dekart həqiqət axtarışında ağıl və təcrübənin üstünlüyünü qəbul edərək, yeni istiqaməti təyin edərək əsl intellektual inqilab etdi. İngilis alimi İsaak Nyuton qanunların təyin edilməsinin elmi üsulunu formalaşdırdı: hadisəni müşahidə etmək, onun ağıl ilə izahı, qanun formalaşması və sübut edilməsi. Məhz bu üsul sayəsində, o, yerin cazibə qüvvəsi qanununu kəşf etdi. Biz diferensial hesablamaya və optika sahəsindəki bir sıra vacib kəşflərə görə ona borcluyuq.
Saray xanımları nə ilə məşhur idi?
Saray xanımları-zadəgan qızları idi və ispan krallarının uşaqlarına qulluq etmək üçün hələ kiçik yaşlarından sarayda yaşayırdılar. Onların bu qədər məşhurlaşmasına səbəb o dövrün ən məşhur şəkillərindən biri olan “Kübar saray xanımları” (“Meninlər”) əsəri olub.
Bu şəkli böyük rəssam Dieqo de Velaskes çəkib, onda XVII əsrin barokko dövründəki rəsm əsərlərinin bütün xüsusiyyətləri cəmlənmişdir: reallığa maraq, portretə meyllilik, işıq və perspektivlərdən istifadə etmə.
Klaudio Monteverdi (1567-1643): Barokko dövründə musiqi cərəyanını başladan bəstəkar kimi tarixə keçmişdir.
24.01.2023