Şeirlər

Nigar Rəfibəyli. Qayıqçı

Qayıqçı, məni də apar dənizə
Oturaq səninlə bir az üz-üzə…
Bir günəş, bir səma, bir dəniz olsun.
Sularda uzanan kölgəmiz olsun.
Sularda uzanan kölgəmiz olsun
Uçsun qağayılar dörd dövrəmizdə,
Əyləndirsin bizi mavi dənizdə.
Səninlə bir olsam qorxmaram, inan,
Qoparsa dənizdə fırtına, tufan
Qayıqçı, məni də apar dənizə,
Oturaq səninlə bi az üz-üzə.
Bir dəniz, bir səma, bir günəş olsun,
Bir də qağayılar bizə əş olsun.
Qayıqçı, məni də apar dənizə, 
Bir olsaq tufan da xoş olar bizə.