Bu maraqlıdır!

Maarifçilik

XVIII əsr insanlarının ideologiya və mədəniyyəti maarifçilik adlanır.


Maarifçilik dövründə belə hesab edirdilər ki, ağıl, düşüncə tərzi insanın fərqləndirici xüsusiyyətidir. Maarifçilər özlərinin insan ağlına olan tam inamını dərketmənin əsası hesab edirdilər. Dərk etməkdən əlavə, sərbəst və kritik ruha malik olmaq olar.


Maarifçilik müasir dünyanın əsası olan bəzi ideyaları həyatımıza gətirdi. Çezare Bekkaria özünün günahsızlıq ehtimalı və cəzaların sadələşdirilməsi nəzəriyyələri ilə müasir cinayət məcəlləsinin bünövrəsini qoydu.


İngilis iqtisadçısı Adam Smit bəzi, məsələn, sərbəst rəqabət prinsipi kimi iqtisadi nəzəriyyənin əsas ideyalarını irəli sürdü.


Fransız filosofu Monteskyö dövlətdə hakimiyyətin bölünməsi, yəni idarə edənlər, qanun irəli sürənlər və hakimlərin bir-birindən asılı olmadan işləmələri ideyasını irəli sürmüşdü.


Bir isveçrəli filosof- Jan Jak Russo bütün insanların qanun qarşısında eyni hüquqa malik olmaları fikrini müdafiə edirdi.


XVIII əsrdə barokko incəsənəti dəbdən düşdü. Maarifçilər onu tənqid edirdi, çünki onlar belə hesab edirdilər ki, dekadentlik ümidçilik və fərdiçilik əhval- ruhiyyəsi daşıyan cərəyan, az səmərəli incəsənətdir. Onların fikrincə, incəsənət insanın mənəviyyatının və düşüncəsinin formalaşmasına xidmət etməlidir.


Tezliklə neoklassizim adlanan yeni üsul meydana gəldi. Bunu ona görə belə adlandırırdılar ki, o, maarifçilərin ideyalarına daha çox yaxın olan klassik incəsənətə əsaslanırdı. İntibah dövrünün ustaları kimi neoklassizmin rəssamları, heykəltəraşları və memarları yunan və Roma gözəllik meyarlarına əsaslanırdılar. Öz əsərlərində onlar barokkonun mübaliğəçiliyini rədd edərək sakit formaları və mütənasibliyin hakimiyyətini seçdilər.


Maarifçilər elmlərin öyrənilməsinə böyük diqqət yetirirdilər. Onlar praktiki olaraq elmin bütün səhnələrində, xüsusilə də kimya və biologiyada çoxlu yeniliklər etdilər.


Fransız alimi Lavuazyenin sayəsində kimya cadugərlik kimi tanınmaqdan qurtularaq elmə çevrildi. İsveç alimi Karl Linney heyvanların və bitkilərin təsnifat sistemini yaratdı. İngilis həkimi Eduard Cenner çiçək xəstəliyinə qarşı vaksini kəşf etdi. Filosof, alim, tədqiqatçı, botanik və astronom olan alman Aleksandr Qumboldt öz dostu botanik Ayme Bonplandın köməyilə Cənubi Amerikaya səyahəti zamanı müxtəlif bitki növlərini təsnifata böldü.


O həmçinin Orinoko və Amazon çaylarının birləşməsini tədqiq etdi və Peru sahillərində soyuq dəniz axınını kəşf etdi. Maarifçilər çoxlu maşınlar ixtira etdilər, çünki onlar belə hesab edirdilər ki, elm insanların həyatının yaxşılaşdırılmasına xidmət etməlidir. Onlardan biri istifadəsi bütün dünyanı dəyişən buxar maşını idi. Buxar maşını 1769-cu ildə Ceyms Vatt tərəfindən təkmilləşdirilib.