Şeirlər

Əyyub Türkay. Qaranquş yuvası

Bizim evin divarında
Bir qaranquş yuva qurub.
Zəhmət çəkib palçıq ilə
Çox həvəslə onu hörüb.


Bir gün baxdım qaranquşun
Daha gəlmir civ-civ səsi.
Düşündüm ki, bəlkə küsüb,
Baharın ilk müjdəçisi.

 

 

Anam dedi: -fikir etmə
Artıq soyuyub havalar.
Qaranquşlar qayıdacaq,
Elimizə gələn bahar.