Şeirlər

Əyyub Türkay. Quşlar yem axtarır

Bir qış günü tor qurub
Quş ovlamaq istədim.
Özümü ovçu kimi
Göstərməkdi məqsədim.


Atam dedi: -qar yağıb,
Soyuq qışdır, çətindir.
Quşlar yem tapa bilmir,
Bizə möhtacdır indi.


Bəlkə, bu ac quşlara
Bircə ovuc dən ataq?
Gərək deyil, onları
İncidib torla tutaq.