Xəbərlər

Məktəblərdə ibtidai siniflər üçün əlavə yaz tətili başlayıb

Ümumi təhsil müəssisələrində 2022-2023-cü tədris ili üzrə ibtidai siniflər üçün əlavə yaz tətili (1-5 may) başlayıb.

 

Bu barədə AZƏRTAC-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.

 

Bildirilib ki, ümumi təhsil müəssisələrində fəaliyyət göstərən məktəbəhazırlıq qruplarında da qeyd edilən günlərdə tətil olacaq.