Şeirlər

Əyyub Türkay. Çinar boylu

Balaca Elnur baxdı
Uca boylu çinara.
Söylədi yaşca ondan
Böyük olan Anara.


Görəsən, mənim boyum
Nə vaxt çinara çatar?
Boyum uca olarsa,
Gör əlim hara çatar.


Anar dedi: -qardaşım,
Hələ balacasan sən.
Niyə boyun ucalsın ,
Axı vaxtından erkən?


Müəllimim deyir ki,
Əsas uca boy deyil.
Ağlını artırmağa
Gərək salasan meyil.