Bu maraqlıdır!

Metrik sistem

Hər bir ölkə həcm, çəki və miqdarı ölçmək üçün özünün ölçü vahidlərindən istifadə edir, yəni özünün məxsusi ölçü vahidləri sisteminə malik olur. Bu, ticarəti və mal mübadiləsini uğurla aparmaq üçündür. Amma ən çətini budur ki, müxtəlif ölkələrdə bu sistemlər bir-birinə uyğun gəlmir.


Məsələn, Birləşmiş Ştatlarda ölçü üçün bütün qalan sistemlərdən fərqlənən xüsusi, "ingilis" sistemini götürüblər. Bu gün ABŞ həmin sistemdən istifadə edən yeganə ölkədir. Çəki, həcm və miqdarın ölçü vahidləri bizə əsrlərin dərinliyindən gəlib çıxıb. Qədim romalılar uzunluğu ölçmək istəyəndə, ayaq izinin uzunluğunu ölçü vahidi olaraq qəbul etmişdilər. İngilislər indiyədək uzunluğu futla ölçürlər: bir fut 30,48 santimetrə bərabərdir. Bir düym (2.5 santimetr) barmağın bir bəndi qədərdir. 

 

Qədim Romada böyük məsafələri addımlarla ölçürdülər: 2000 addım sonralar bir mil, yaxud 1,609 kilometrə bərabər tutuldu. Əlbəttə, qolun, yaxud addımın uzunluğu kimi etalonlar dəqiq deyildi. Məsələn, Qədim Romada futu 200 müxtəlif üsulla ölçürdülər. Amerikada isə ilk məskunlaşanların zamanında müxtəlif yaşayış məskənlərində, müxtəlif ölçü vahidlari işlənirdi.

 

Bu gün ölçü vahidlərinin bütün ölkələr üçün eyni olması çox vacibdir. Ona görə də ABŞ Konqresinə ixtiyar verilib ki, vahid ölçü sistemini tətbiq etsin. Vaşinqtonda, Standartlar Bürosunda xüsusi çəki və uzunluq etalonları saxlanılır. Məsələn, orada göz bəbəyi kimi qorunan bir platin parçası var. Həmin metal parçası uzunluq etalonudur: başqa ölçü vahidlərinin düzgünlüyü Vaşinqtonda saxlanan bu nümunəyə əsasən yoxlanılır. Böyük Britaniyada ölçü vahidləri muzeyi London yaxınlığında, Qrinviç şəhərinin rəsədxanasındadır.

 

Fransada 1789-cu ildə uzunluq, çəki və həcm üzrə beynəlxalq ölçü sistemi qəbul olundu. Onun adına "metrik sistem" dedilər. İndi ölkələrin əksəriyyəti həmin sistemdən istifadə edir.

 

Metrik sistemi asas ölçü sistemi kimi qəbul edirlər. Bir metr 39,37 düymə bərabərdir. Bu sistem 10 rəqəminə əsaslanır; hər növbəti ölçü vahidi özündən əvvəlkindən 10 dəfə böyük olur (məsələn, bir metr 10 desimetrə, yaxud 100 millimetrə bərabərdir).