Şeirlər

Əyyub Türkay. Nənəmin şəfalı bitkiləri

Dağ döşündə bitibdir,

Nanə, yarpız, əvəlik.
Nənəmlə bitkiləri,
Toplamağa gəlirik.


O söyləyir saçımı,
Dağlarda ağartmışam.
Faydalı bitkilərdən,
Yeməklərə qatmışam.


Mixəklə itburnudan,
Şəfalı çay dəmləyir
Dərmanlı bitkilərlə,
Dərdə əlac eləyir.