Nağıllar, hekayələr

Dörd dost. Misir nağılı

Titi adlı bir tısbağa meşədə tək-tənha yaşayırdı. Dostu yox idi. Bir gün dedi:
 
- Aman Allah! Meşə çox böyükdür, qorxulu heyvanlarla doludur. Mənsə burada tək yaşayıram, mənimlə oynayan, mənə kömək edən heç bir dostum yoxdur.
 
Beləcə, tısbağa özünə dost axtarmağa başladı. Sisi adlı bir siçan Titini görüb dedi:
 
- Sənə nə olub, meşədə çaşqın gəzirsən, nəsə itirmisən?
 
Titi cavab verdi:
 
Mənimlə oynayacaq, mənə kömək edəcək bir dost axtarıram.
 
Sisi dedi:
- Onda gəl dost olaq.
 
Onlar birlikdə meşədə gəzməyə başladılar. Sisi Titiyə dedi:
 
- Biz ikimiz də zəifik. Gəl özümüzə üçüncü dost axtaraq.
 
Həncəl adlı qarğanın yanına getdilər. Sisi onun qarşısında dayanıb dilləndi:
 
- Meşədə özümüzə dost axtarırıq. Bizimlə dost olmaq istəyərsən?
 
Həncəl dedi:
 
- Əlbəttə ki, Sisi, əlbəttə ki, Titi.
 
Sisi, Titi və Həncəl meşədə birlikdə yollarına davam etdilər. Uzaqda Zuli adlı bir ceyran görüb dərhal onun yanına getdilər.
 
Həncəl dedi:
 
- Qulaq as, Zuli! Meşədə dost axtarırıq. Bizimlə  dost olmaq istəyirsən?
 
Zuli dedi:
Əlbəttə, istəyirəm. Titi, sən evi qoruyarsan. Həncəl, sən bizə xəbər gətirərsən, yemək və su axtararıq. mənsə Sisiylə gedib
 
Günlərin birində Zuli evdən çıxdı. Meşədə otlayıb su içdikdən sonra başladı. Yorulduqdan oynamağa, ora-bura qaçmağa sonra öz-özünə:
 
- Dostlarımı evdə qoyub gəlmişəm, - dedi evə qayıtmaq istədi. Qayıdanda tora ilişib qaldı. Saatlar keçdi, ancaq Zuli hələ evə qayıtmamışdı. Titi, Sisi və Həncəl dostları Zuli üçün nigaran idilər.
 
Sisi dedi:
 
- Görəsən, Zuli hardadı? O heç vaxt belə eləməzdi.
 
Həncəl dedi:
 
- Mənə elə gəlir ki, başına bir iş gəlib.
 
Titi dedi:
 
- Necə? Başına iş gəlib? Həncəl, Sisi, tez mənimlə gəlin. Mən Zulini axtarmağa gedirəm.
Sisi Titiyə dedi:
 
- Titi, sən evdə gözlə. Həncəllə birlikdə onu axtararıq.
 
Titi dedi:
 
-Axı mən evdə oturub gözləyə bilmərəm.
 
Həncəl dedi:
 
-Yox, sən bizi evdə gözlə. Tezliklə bir xəbərlə qayıdarıq.
 
Sisi dedi:
 
-Titi, sən bizi evdə gözlə, biz tez qayıdacağıq. Həncəl səmaya uçdu. Sisi də ona baxa-baxa qaçmağa başladı. Həncəl səmadan ətrafa göz gəzdirdi. Ceyranın tora ilişdiyini görən kimi Sisinin yanına gəlib: Sisi, tez mənimlə gəl, dostumuz tora düşüb, – deyərək sürətlə uçmağa başladı.
 
Sisi onun dalınca qaçdı. Həncəl torun yanında yerə qondu. Sonra Sisi də gəlib çatdı və Həncələ dedi:
 
- Mən tez torun iplərini gəmirəcəm, sən də ətrafa bax ki, gələn olsa, xəbər verəsən.
 
Sisi var gücüylə torun iplərini gəmirməyə başladı. Torun ipləri qırıldı və Zuli tələdən azad olub dedi: - Çox sağ ol, Sisi, çox sağ ol, Həncəl.
 
Dostlar birlikdə evə qayıtdılar. Yolda Həncəl mahnı oxuyur, Sisi rəqs edir, Zuli də ora-bura qaçaraq oynayırdı. Onlar Titini evdə görmədilər. Hər yeri axtardılar. Həncəl dedi:
 
- Titi evdə yoxdur.
 
Zuli dedi:
 
- Titi indi meşədə məni axtarır.
 
Sisi dedi:
 
- Titi ağıllıdır. Ancaq çox asta, addım-addım gəzir. Mən onun üçün nigaranam. Gedirəm axtarmağa.
 
Həncəl göyə qalxıb uçdu. Zuli ona baxa-baxa sürətlə qaçdı. Sisi də onların ardınca. Bir azdan torun yanında idilər. Gördülər ki, Titi tora düşüb, ov tulası da torun yanında dayanıb ona baxır.
 
Sisi dedi: "Titini xilas etmək üçün bir fikrim var.
Artıq günəş batıb, hər yer qaranlıqdır. Hərəmiz bir tərəfdən tulaya yaxınlaşıb qorxulu səslər çıxaraq. O qorxub qaçacaq".
 
Həncəl o tərəfdən yaxınlaşıb:
 
- Krav, krav, - deyə qışqırdı.
 
Sisi bu tərəfdən yaxınlaşıb:
 
-Mır-mır,- deyə çığırdı.
 
Zuli də başqa tərəfdən yaxınlaşıb:
 
- Hav, hav,- deyə qışqırdı.
 
Ov tulası bu səslərdən qorxub qaçdı. Sisi sürətlə qaçıb torun iplərini gəmirdi, Titi xilas oldu. Titi dostlarına təşəkkür etdi.
 
Dostların dördü də evə qayıtdı. Zuli gah qaçır, gah oynayırdı, Titi isə onun belinə minmişdi. Həncəl göydə uça-uça mahnı oxuyurdu. Sisi hamıdan qabaqda gedirdi. Evə çatandan sonra Sisini dövrəyə alıb dedilər:
 
-Yaşasın dostlar! Yaşasın birlik!