Bu maraqlıdır!

Kitabın hazırlanması

Kitab nəşri yazılı mətnin çap formasına çevrilməsidir.

 

Kitabı hazırlamaq üçün əvvəlcə bizim danışmaq istədiyimizin ideyası, həmçinin layihəsi olmalıdır: kitabı biz necə və hansı formatda-nəşr, elektron, CD-ROM və ya intenetdə canlandırılan şəkildə görmək istəyirik.


Mətnin müəllifi redaktorla əlaqə yaradır və ya əksinə, redaktor müəllifdən müəyyən kitabı qələmə almasını xahiş edir. Redaktor kitabın nəşr edilib-edilməyəcəyinə qərar verir. Müəllif kitabın mətnini diskdə verir. Əgər kitab iilüstrasiyalarla olacaqsa, ora fotolar, şəkillər və sxemlər qoyulur və burada peşəkarların köməyinə ehtiyac var.

 

Ancaq bu da hələ işin əvvəlidir. Redaktor kitabın neçə səhifə olacağına və necə nəşr olunacağına (hərflərin tipi və ölçüsü) qərar verir, maketin eskizini hazırlamağı (bura artıq illütrasiyası və düzəldilmiş mətn qoyulur) tapşırır. Sonra əgər kitab kağızda çap olunursa, tipoqraf (çap edən) və cildləyici ona fiziki forma verirlər. Kitab bizim əlimizə çatana qədər onun təqdimatı edilir, reklam edilir, satış üçün kiosk və kitab mağazalarına paylanılır və ya müəyyən hallarda onu internetdə tapmaq olar.

 

Kitab nəşri zamanı aşağıda qeyd edilənlər olduqca vacibdir:

1. Kağız seçimi: Kitab çapı üçün ən çox yayılmış kağız seçimlərinə mat, parlaq və parça kağız daxildir.


2.Ölçülər: Kitab çapında adətən standart ölçülərdən istifadə edilir, lakin müştərinin istəyi ilə fərdi ölçülər də hazırlana bilər.


3. Üz qabığının dizaynı: Kitabın üz qabığının dizaynı müştərinin istəyinə uyğun tərtib oluna və rənglənə bilər.


4. Rənglər: Kitab çapı adətən 4 rəngli çapda həyata keçirilir, lakin müştərinin istəyinə uyğun olaraq 2 rəngli də çap edilə bilər.


5. Qiymətlər: Kitab çapı qiymətləri kağız seçimi, çap texnologiyası, rənglərin sayı, ölçülər və digər əlavə materiallar kimi amillərdən asılı olaraq dəyişə bilər.


6.Çatdırılma vaxtı: Kitabın çapının çatdırılma müddəti çap texnologiyası, çap ölçüsü və çap miqdarı kimi amillərə görə dəyişə bilər.