Kəpənəklərə aid tapmacalar
Aşağı gedərəm ley-leyi,
Yuxarı gedərəm ley-leyi,
Nə sümüyü var, nə iliyi.
Cavab:Kəpənək
Bay-bay uçar, bay qonar.
Bay iliksiz, bay sümüksüz.
Cavab:Kəpənək
Çil toyuq, çiləmə toyuq,
Başın kəsərəm qanı yox.
Cavab:Kəpənək
O nədi ki, cəsədi var, qanı yox.
Cavab:Kəpənək
Qanadı var, quş deyil,
Buynuzu var, qoç deyil.
Cavab:Kəpənək
Qaq-qaq qalası var bunun,
Ağı, alası var bunun,
Yumurtlamaz, qaqqıldamaz.
Uçar balası var bunun.
Cavab:Kəpənək
Rəngbərəngdir gül kimi,
Qanadı var tül kimi,
Uçur bağda, çəməndə,
Çox yüngüldür tük kimi.
Cavab:Kəpənək
Sarıdı, zəfəran deyil,
Yazılıdı, quran deyil,
Buynuzludu, qoç deyil.
Cavab:Kəpənək
Torpaq deyil, daş deyil,
Quru deyil, yaş deyil,
Buynuzu var, qoç deyil,
Qanadlıdır, quş deyil.
Cavab:Kəpənək
16.05.2023