Xəbərlər

Uşaq Filarmoniyası Ümummilli Liderə həsr olunmuş konsert təşkil edib

Azərbaycan Dövlət Uşaq Filarmoniyası Mədəniyyət Nazirliyinin dəstəyi ilə Xəzər rayonunun Binə qəsəbəsində yerləşən 292 nömrəli tam orta məktəbdə “El bilir ki, sən mənimsən” adlı konsert proqramı ilə çıxış edib.

 

AZƏRTAC xəbər verir ki, konsert Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illiyi çərçivəsində Xəzər Rayon İcra Hakimiyyəti və Azərbaycan Dövlət Uşaq Filarmoniyasının birgə təşkilatçılığı ilə keçirilib.

 

Əvvəlcə Ulu Öndər Heydər Əliyev, eyni zamanda, torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Məktəbin direktoru Kamran İsalı çıxış edərək, tədbir haqqında ümumi məlumat verib.

 

Sonra Dövlət Uşaq Filarmoniyasının iştirakçıları maraqlı, rəngarəng musiqi nömrələri ilə çıxış ediblər. Proqramda Azərbaycan eləcə də müxtəlif dünya xalqlarının mədəniyyət nümunələrindən ibarət rəqs kompozisiyaları, mahnılar təqdim olunub.

 

Konsertin sonunda qonaqlar belə təntənəli konsert proqramına görə təşkilatçılara və iştirakçılara təşəkkürlərini bildirib, uğurlar arzulayıblar.