Elitar Gimnaziyada “Atatürkü Anma, Gənclik və İdman Bayramı” günü qeyd olunub
2022-ci ildən İlyas Əfəndiyev adına Elitar gimnaziya OCEP layihəsində Türkiyəni təmsil edir və müxtəlif tədbirlər keçirir. OCEP məhz bu görüşlər vasitəsi ilə həmrəylik, sülhsevərlik, multikultural dəyərlərə sadiqlik mesajını bütün dünyaya ötürməyi bacarır.
OCEP layihəsi çərçivəsində bu il də müxtəlif tədbirlər keçirilir.Bu tədbirlərdən biri də bu gün baş tutub.
Türkiyə tarixində əlamətdar gün sayılan “19 may- Atatürkü Anma, Gənclik və İdman Bayramı” günü münasibəti ilə keçirilən tədbirdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin sektor müdiri Fuad Qarayev,Türkiyə Cümhuriyyətinin təhsil müşaviri Nurullah Feyzi Yazıçı, Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov, birinci müavini Gülarə Verdiyeva, Milli Olimpiya Komitəsinin beynəlxalq proqramlar şöbəsinin müdiri Mehman Kərimov ,komitənin əməkdaşı Ruslan Məmmədov , Milli Qəhrəman Polad Həşimovun həyat yoldaşı Ofeliya Həşimova , “Qubadlı fatehi” Vidadi Xəlilovun həyat yoldaşı Nərmin Xəlilova tədbirin qonağı olublar. Tədbirdə Elitar gimnaziyanın şagirdlərinin nitqində xalqımızın Ümummilli lideri Heydər Əliyevin ,Ulu öndər Mustafa Kamal Atatürkün, Prezidentimiz- Ali Baş Komandan İlham Əliyevin sitatları səslənib, Azərbaycan-Türkiyə dostluğundan bəhs edən video-çarx təqdim edilib. Uşaqların təqdimatında “Zeybək” və “Ay-ulduz” rəqsi qonaqlar tərəfindən maraqla qarşılanıb və 10 A 1 sinif şagirdinin ağır atletika üzrə idmançı Naim Süleymanoğlunu təsvir etdiyi çıxışı olub.
Sonda OCEP layihəsi çərçivəsində müxtəlif tədbirlərdə iştirak edib uğur qazanmış şagirdlər qonaqlara təqdim olunub.
16.05.2023