Xəbərlər

Həştərxanda Uşaq və Gənclərin üçüncü Ədəbiyyat Festivalı keçirilir

"Həştərxan Dövlət Opera və Balet Teatrı” Parkında "Mədəniyyət” milli layihəsi çərçivəsində Uşaq və Gənclər üçün Üçüncü Beynəlxalq Ədəbiyyat Festivalı açılıb.

 

Ədəbiyyat Festivalı çərçivəsində Xəzəryanı ölkələrin və Belarusun məşhur rus uşaq yazıçıları ilə oxucuların görüşləri keçirilir. Festival mayın 21-dək davam edəcək. Qeyd edək ki, birinci Beynəlxalq Ədəbiyyat Festivalı 2019-cu ildə Həştərxanda başlayıb.

 

Festivala ölkəmiz adından uşaq yazıçısı Solmaz Amanova qatılıb.


Teatr Parkında iyirmi yaradıcılıq meydançası fəaliyyətə başlayıb, burada həştərxanlılar və şəhərin qonaqları sevimli müəllifləri ilə görüşə, mütaliədən həzz ala, həmçinin müsabiqələrdə, ustad dərslərində, viktorinalarda və intellektual oyunlarda iştirak edə bilərlər. 


Yazıçılar görüşü əbədiləşdirmək üçün sonda xatirə şəkilləri çəkdirir.