Bu maraqlıdır!

Telefon necə işləyir

Telefonun işləməsinin əsas səbəbi insanın səsi nəticəsində yaranan titrəyişdir (vibrasiyadır). Bu titrəyiş mikrofon vasitəsilə tutulur, elektromaqnitin sayəsində elektrik impulslarına çevrilərək kabellə ötürülür. Onlar qəbul edən aparata daxil olanda aparat elektrik impulsunu bizim telefon dəstəyində eşidə biləcəyimiz səsi verən titrəyişə çevirir. Telefon təkcə insan münasibətləri sahəsində deyil, həm də biznes və ticarət dünyasında da məsafələri qısaldır. 

 

Hər bir telefonun özünün nadir kodu olan nömrəsi var. Biz abonentin telefon nömrəsini yığan zaman basdığımız hər bir düymə telefon stansiyasına elektrik impulsu və ya səs siqnalı göndərir. Orada elektron qurğuları impulsları sayır və ya səsi təyin edir və bizi lazım olan nömrə ilə birləşdirir. 

 

Hər hansı bir telefondan siqnal kabel xətti ilə telefon stansiyasına ötürülür, oradan isə həmin siqnallar lazım olan nömrəyə yönəldilir.


Ancaq qitələrarası rabitədə optik telli sualtı kabellərdən və ya peyklərdən istifadə edirlər. Mobil telefondan istifadə zamanı siqnallar hava ilə peykə və ara xidmət mərkəzinə ötürülür, oradan isə lazım olan istiqamətə yönəldilir.