Atalar sözləri

Aforizmlər

Ağıllıdan gələn cəfa, cahillərin vəfasından yaxşıdır. (Cəlaləddin Rumi)

 

Ağlayan adama heç zaman gülməyin. Amma bəzən gülən adamlara ağlayın. (Fridrix Nitsşe)

 

Ağlı gödək olanın dili uzun olar. (Aristofan)

 

Axmağa məsləhət vermək, kora güzgü vermək kimi bir şeydir. (İ.Müller)

 

Axmağın əlindəki ən güclü silah döyüşə çağırmaqdır. (Frans Kafka)

 

Axmaq- insanların onu yaxşı tanımadıqlarından, ağıllı isə, əksinə, özünün insanları tanımadığından şikayətlənir. (Konfutsi)

 

Başqalarının izi ilə gedən yolda iz qoya bilməz. (Con İ. Brannon)

 

Başqalarından yox, daha çox özündən utanmağı öyrən. (Demokrit)

 

Başqalarının xoşbəxtliyi üçün çalışmaqla biz öz xoşbəxtliyimizi tapırıq. (Platon)

 

Başqalarının sözlərini təkrar etmək hələ onların mənasını bilmək deyil. (Cəlaləddin Rumi)

 

Bədbəxt o adamdır ki, əlindən yaxşılıq gəldiyi halda onu da etmir. (Abbasqulu ağa Bakıxanov)

 

Bəzi məğlubiyyətlərin səbəbi, insanların işi yarıda qoyduqlarında, uğura nə qədər yaxın olduqlarını bilməmələridir. (Tomas Edison)