Bu maraqlıdır!

Üzdəki çillər

Üzdəki çillərin nə olduğunu nə necə əmələ gəldiyini bilmək üçün gərək əvvəlcə dəriyə nəyin rəng verdiyini aydınlaşdıraq.

 

Dəri rənginin əmələ gəlməsində ən mühüm rolu olan piqment melanindir. Belə demək olar ki, müxtəlif irqlərin dərisindəki rəng fərqi yalnız melanindən asılıdır. 


Onun insan üçün ən mühüm funksiyası orqanizmi çox güclü şüalardan qorumaqdır. Melanini dərimizin üz hissəsinin lap alt qatındakı məxsusi hüceyrələr əmələ gətirir. Bu hüceyrələr “melanosit” adlanır. 


Üz çilləri melanositlərin bir yerdə toplaşaraq əmələ gətirdiyi ləkələrdir. Ona görə də çillər qəhvəyiyə çalır – melanin rənginə. Niyə bəzi adamlarda çillər olur, digərlərində yox?  Məsələ irsiyyətdir. 


Çillərin rəngi günəş və istinin təsirindən asılı olaraq qəhvəyi rəngin müxtəlif çalarlarında ola bilər. Günəş işığı nəinki üzdəki çilləri tündləşdirə bilir, həm də dəridə yeni malenin əmələ gətirir.