Fikrət Sadıq. Küsəyən qız
Cәmilә çox şıltaqdı,
Cәmilә tәrs uşaqdı.
Xörәk paylanan zaman
Qışqırır ki:—Ay aman,
Bu, yağlıdır, yemirәm,
Çörәk dә istәmirәm.
Mәnә az verin, lap az.
Cәmilә, belә olmaz!
Bu gün dә axşamüstü
Bir qaşıq xörәk üstә
Cәmilә yenә küsdü.
Xörәyini dağıtdı,
Qaşığını da atdı,
Dedi:—Az verin, lap az!
Cәmilә, belә olmaz!
Ağıllı qızlar bilir:
İşdәn qayıdan ana
Әllәri yana-yana
Necә xörәk bişirir.
Cәmilә dә bunları
Başa düşsәydi barı,
Xörәyini dağıtmaz,
Qaşığını da atmaz;
Paydan razı qalardı,
Ağıllı qız olardı...