Şeirlər

Fikrət Sadıq. İynə

— İynә әlimә batdı,
Barmağımı qanatdı.
Al bunu at, anacan,—
Deyib ağladı һicran.
Anası dedi:—Qızım,
Mәnim körpәcә quzum,
Balaca iynә bir-bir
Hamını bәzәndirir.
Aygünün çәkmәsini,
Güllünün tikmәsini,
Gülşadın da donunu,
Dilşadın da donunu,
Mәnim dә paltarımı,
Sәnin dә paltarını
İynә tikib,balacan,
Kol incimә sәn ondan.
İynәnin qәdrini bil,
İynәni atmaq olmaz.
İynә oyuncaq deyil.
Onu oynatmaq olmaz.
Axı, acığı tutar.
İynәnin öz işi var.
Bircә il dә böyü sәn.
Özün öz әllәrinlә
һәmin bu iynә ilә
Qaragöz gәlininә
Bir qәşәng don tikәrsәn.