Bu maraqlıdır!

Dərsə gedən bir uşaq oyunu

Oyun meydança və ya dəhlizdə oynanılır. İki top və təbaşir tələb olunur.
 
Meydança iki hissəyə bölünür. Bütün oyunçular iki bərabər komandaya bölünür. Meydançanın müxtəlif təərəfində bir-birindən 10-15 m məsafədə üz-üzə dururlar. Meydançanın ortasında eni 2-3 m-lik xətt çəkilir. Xəttlərin ortasına 2 top qoyulur. Tərbiyəçi xəttin kənarlarında durur. 
 
Tərbiyəçinin komandasına əsasən Bütün oyunçular aşağıdakı şeiri oxuyurlar:
 
Dərsə gedən bir uşaq,
Çıxdı buz üstə qoçaq.
Sürüşdü birdən-birə, 
Düşdü üz üstə yerə.
Uşaq durub neylədi?
Buza belə söylədi:
Sən nə yamansan, a buz, 
Adam yıxansan, a buz.
Az qalıb ömrün sənin
Yaz gələr artar qəmin.
Əriyib suya dönərsən
Axıb çaya gedərsən.
 
Şeirin sonunda tərbiyəçi “marş!” komandasını verir. Bütün iştirakçılar meydançanın mərkəzinə qaçışır. Hər iki komandanın oyunçusutopa sahib olmağa çalışır. Topu birinci götürən oyunçu tərbiyəçiyə verir və oyun yenidən başlayır. Oyunun sonunda qalib çox xal toplayan sayılır.
 
Oyun 10-15 dəqiqə davam edir.
 
1. Tərbiyəçinin işarəsi olmadan oyunçulara topa yaxınlaşmaq olmaz.
2. Qaçış zamanı bir-birini itələmək olmaz.
3. Hər iki komandanın oyunçusu topa eyni vaxtda yaxınlaşsa, oyun dayandırılır və yenidən başlayır.
4. Topa sahib olan oyunçu onu tərbiyəçiyə ötürməlidir. 
 
Tərbiyəçi oyunun qaydasına dəqiq nəzarət etməlidir. Bütün oyunçular oyunda iştirak etməlidir.