Azərbaycanlı şagird beynəlxalq festivalda uğur qazanıb
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Əhməd Bakıxanov adına 6 nömrəli Uşaq Musiqi Məktəbinin şagirdi Fəridə Zeynalova (müəllim Fəridə Məmmədova) Qazaxıstanın Astana şəhərində onlayn keçirilən "Şans" XXIII Beynəlxalq Müxtəlif Janrlı Festivalda iştirak edib.
Baş İdarədən AZƏRTAC-a verilən məlumata görə, festival-müsabiqədə uğurla çıxış edən F.Zeynalova instrumental ifa nominasiyasında 1-ci yerə layiq görülüb və diplomla təltif olunub.
02.06.2023