Şeirlər

Abdulla Şaiq. İki qaranquş

Kür kənarı, səhər, gözəlcə hava,

Bürünüb yamyaşıl çəmən, səhra.

Oyanır çöl, çayır, bayır, dağlar,
Dərələrdən gümüş sular çağlar.
Saçılır tel-tel al şəfəqli işıq,
Oxşayırdı təbiəti yaraşıq.
İki yolçu- sevimli qırlanqıc.
 
 
Bir budaqda ötürdü hey "vic-vic!"
Mən də gəlməklərin edib təbrik,
Oldum onlarla zövqü şövqə şərik:
"Ötüşün, quşcuğazlarım, azad.
Eləyin müjdə ilə könlümü şad.
Çox uzun sürdü ayrılıq və səfər, 
Onlardan gətirdiniz nə xəbər?"