Fikrət Sadıq. Balaca işıqçı
Fәrһad işıqçı olub,
Fәrһad yaman yorulub...
Dirәklәrin yerini
Ölçür-biçir min kәrә,
Yulğun çubuqlarını
Basdırır bir-bir yerә.
Mәftili—qırmızı sap...
Addımbaşı qırılır.
İki xәtti çәkincә
Gün batır axşam olur.
Hәyәtin bir küncündә
Sәdaqәt evcik qurub;
«İşığı» yoxdu һәlә
Qaranlıqda oturub.
Bu gün tәzә «otaq»lar
Çıraqban olsun gәrәk;
Axşam Sәdaqәtgilә
Çoxlu qonaq gәlәcәk.
Fәrһad yaman tәlәsir,
Barmağını sap kәsir:
«Qoy kәssin dә, nә olar,
Tәki yansın işıqlar!»
08.06.2023