Şeirlər

Fikrət Sadıq. Bəs bu nədir

— Bәs bu nәdir?
— Bu, quşdur.
— Niyә bura qonmuşdu?
— Dәn yeyirdi.
— Dәn nәdir?
— Mәn dә
görә bilmәdim һamısını dәnlәdi.
— Bәs bu nәdir?
— Bu, daşdır.
— Necә gәlib
bura bәs?
— Kimsә daşıyıb daşı
 Daş özü gәlә bilmәz.
— Kim daşıyıb görәsәn?
— Daş gәlәndә yuxudan
Durmamışdım һәlә mәn.
— Bәs bu nәdir?
— Ağacdır.
— Belә dә ağac olar?—
Hanı bunun alması?
— Almasını yığıblar,—
Budaqlar qırılmasın.
— Bәs bu nәdir?
— Bilmirәm.

Axı, mәn dә uşağam,
Gedib indi atamdan
Bunu soruşaçağam.