Təbiət

And kondoru

And kondoru (Vultur gryphus) — Yeni Dünya leşyeyən qartalı ailəsindəndir.

 

Vətəni Cənubi Amerika olan bu yırtıcı quş And dağlarında və Sakit okean sahillərində yaşayır. And kondoru boynunun altında ağ yaxa lələkləri və xüsusilə erkək quşların qanadlarında ağ ləkələr olan böyük qara qartaldır.

 

Quşun başı və boynu demək olar ki, tamamilə tüksüz və mat qırmızı rəngdədir. Həyəcan halında bu rəng parlaq qırmızıya çevrilə bilər.


5 min metr hündürlükdə yuva qurur. Əksər yırtıcılardan fərqli olaraq, erkək dişidən daha böyükdür.

 

Kondor əsasən leşlə qidalanır, maral və mal-qara kimi iri heyvan cəmdəklərinə üstünlük verir.

 

Beş-altı yaşlarında yetkinliyə çatır və əsasən 3000-5000 metr hündürlükdə, əlçatmaz yamaclarda yuva qurur. Normalda bir və ya iki yumurta qoyur.

 

50 ilə qədər ömür sürən, dünyanın ən uzun yaşayan quşlarından biridir. 

 

And kondoru; Argentina, Boliviya, Ekvador, Kolumbiya, Peru və Çilinin milli simvoludur, eyni zamanda Cənubi Amerikanın And dağlarının folklorunda və mifologiyasında mühüm rol oynayır.