Təbiət

Asiya Davarbaşı

Asiya Davarbaşına (Semicossyphus reticulatus) adətən Çin, Şimali Koreya, Cənubi Koreya, Yaponiyada rast gəlinir.

 

Onun ən nəzərə çarpan xüsusiyyətləri alında və alt çənədə böyük sümük çıxıntılarının olmasıdır. Bu heyvanın başqa bir qeyri-adi xüsusiyyəti də odur ki, dişi ömrünün ortasında erkəyə çevrilə bilər. Elm adamları bu mexanizmin nəslin azalması riskini azaltmaq üçün təkamül zamanı meydana gəldiyinə inanırlar. 

 

Asiya davarbaşının uzunluğu 1 m, çəkisi isə 14,7 kq-a çata bilər.

 

Qida rasionu  haqqında az məlumat olsa da, çox güman ki, dəniz heyvanları və xərçəngkimilərlə qidalanır.

 

Bəlkə də buna görə onun belə qeyri-adi dişləri var. Onların köməyi ilə qabıqları asanlıqla soya bilir. 

 

Asiya Davarbaşı olduqca utancaq balıq növüdür.