“Qırmızı papaq” Şuşa Teatrının səhnəsində
İyulun 15-də Şuşa Dövlət Musiqili Dram Teatrının səhnəsində balacalar üçün “Qırmızı papaq” tamaşası nümayiş olunacaq.
Bu barədə AZƏRTAC-a Şuşa Dövlət Musiqili Dram Teatrından məlumat verilib.
Bildirilib ki, uşaqlara maraqlı anlar bəxş edəcək səhnə əsəri balacaların bədii-estetik zövqünün formalaşması, eyni zamanda, onlarda kiçik yaşlarından yaradıcı sənətə məhəbbət və maraq aşılamaq məqsədilə hazırlanıb.
Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.
11.07.2023