Təbiət

Uzuntopuq

Uzuntopuq (Tarsius), primatlar ailəsinə aid, Cənub-Şərqi Asiya adalarında yaşayan kiçik gecə heyvanlarıdır. 

 

Şirin görünüşlərinə görə Cənub-Şərqi Asiyada ev heyvanı kimi saxlanılırlar.

 

Onların uzunluğu 9-16 sm-ə çatdığı halda, quyruğu 13-28 sm-dir. Bu da o deməkdir ki,  bədənlərindən iki dəfə çoxdur. Dəriləri qısa və yumşaq, əsasən boz, bəzən boz-qəhvəyi və ya qırmızı-qəhvəyi olur. Əlləri böyük, ayaqları isə çox uzundur. 


Uzağa tullanma zamanı uzun quyruqları ilə tarazlığı təmin edirlər. Böyük gözlərə sahibdirlər. Hərəkət edə bilən çox böyük qulaqları var.

 

Meymun cinsinin digər nümayəndələrinə nisbətən onurğada daha şaquli oturan və demək olar ki, 360 dərəcə dönə bilən böyük yumru baş, böyük beyin və yaxşı eşitmə qabiliyyətləri var. 

 

Barmaqlar olduqca uzundur, uclarındakı qalınlaşmalar ağaclara dırmaşmağı asanlaşdırır. Onun iri, sarı gözləri qaranlıqda parıldayır. 


Əsas qidası böcəklər olsa da, kiçik onurğalılar və quş yumurtaları ilə də qidalanırlar. Uzuntopuq gün ərzində öz kütləsinin təxminən 10% -ni təşkil edən qida qəbul edə bilir.

 

Hamiləlik müddəti təxminən 6 ay çəkir. Yeni doğulmuş bala görmə qabiliyyəti və 24-30 qram bədən çəkisi ilə doğulur. Əvvəlcə ananın qarnına yapışır və ya ana onu daşıyır. 7 həftədən sonra süddən ət yeməyinə keçir. Məlum olan ən yaşlı uzuntopuğun  ömrü 14 ildir.