Təbiət

Amazon delfini

Okeanda yaşayan delfinlər qədər mehriban olmayan və yad insanlardan qorxan Amazon delfini (lat. Inia geoffrensis) — Cetacea ailəsinin azsaylı heyvanlarından biridir və çaylarda yaşayır.  Əsasən balıq, molyusk və xərçəngkimilərlə qidalanır. Fransız zooloqu Joffrua Sent İler Etyenin şərəfinə adlandırılıb.
 
 
Cənubi Amerika üçün endemik olan bu delfinin uzunluğu demək olar ki, 2,5 metr və çəkisi 400 kiloqramdır (erkəklər).
 
 
Bundan əlavə, Amazon çayının erkək və dişi delfinləri arasında fiziki xüsusiyyətlərdə böyük fərq var: Dişilər erkəklərdən 50%-ə qədər qısa və yüngül ola bilər.
 
 
Onların ən diqqət çəkən xüsusiyyəti dərilərinin çəhrayı rəngidir. Bu çəhrayı rəngin müxtəlif çalarları da ola bilər. Amazon çayı delfinləri doğulanda və yeniyetməlik illərində boz rəngdə olurlar.
 
 
Ancaq bu heyvanlar yetkinliyə çatdıqca rəngini dəyişirlər. Bu dəyişikliklər hamısı yaşadıqları suyun şəffaflığından, temperaturundan və yerindən asılıdır.
 
 
Amazon çayı delfininin iti dişləri və ovunu tutmaq üçün uzun burnu var. Nəfəs almaq üçün arada bir səthə çıxmaq kifayətdir. 
 
 
Bu növ Cənubi Amerikanın Tapajos, Madeyra və Xingu çayları kimi şirin sularında yaşayır. O, həmçinin Orinoko çayının ən çox yayılmış sakinlərindən biridir.
 
 
Amazon çayı delfinləri səhər tezdən və günortadan sonra ova çıxırlar. Çünki bu saatlarda onların yanından balıq sürüləri keçir, bu da onları ovlamağı  asanlaşdırır.
 
 
Dişilər altı yaşına çatdıqda cinsi yetkinliyə çatırlar.Erkəklərin inkişafı üçün daha bir neçə il lazımdır.
 
Dişi Amazon delfinlərinin  hamiləlik müddəti 11 aydır.