Potto (Peroditicus potto)
Potto (Peroditicus potto) Qərbi Afrika və Mərkəzi Amerikanın tropik meşələrində yaşayan Lorigiller (Lorisidae) fəsiləsindən yalnız bir növə malik olan meymun cinsidir. Bədəninin uzunluğu 35-40 sm, quyruğunun uzunluğu isə 10 sm-ə qədər olur.
Onların xarakterik xüsusiyyəti işarət barmaqlarının quruluşudur. Təkamül zamanı onları demək olar ki, tamamilə itiriblər.
Qısa yumşaq saçları var. Pottonun arxa hissəsi qəhvəyi, baş, ayaq və qarın nahiyəsi boz rəngdədir. Ağaclarda yaşayır, gecə heyvanlarıdır.Yavaş-yavaş hərəkət edir. Gecələr böyük gözləri ilə asanlıqla seçdikləri həşərat, meyvə və kiçik quşlarla qidalanırlar. Dişi potto 5 aylıq hamiləlik dövründən sonra tək bir bala dünyaya gətirir və balalarını tək başına yaşaya bilənə qədər kürəyində daşıyır. Bala pottonun çəkisi 30-50 qr olur. Pottolar təxminən 18 aylıq olanda yetkinliyə çatırlar.