Təbiət

İkihürgüclü dəvə

Dəvələrin iki növü məlumdur: İkihürgüclü dəvə və birhürgüclü dəvə.

 

Onların hər ikisi 5-6 min il əvvəl insan tərəfindən əhliləşdirilib. Birhürgüclü dəvələr Afrika və Ərəbistan yarımadasının səhralarında yaşayırdılar. Bu dəvələrə “Ərəb dəvələri”, İkihürgüclü dəvələrə isə “Baqtriya dəvələri” deyilir. Əslində, hər iki dəvə cinsi yük heyvanı kimi istifadə olunur. İkihürgüclü dəvə daha yavaş olsa da, karvanda dayanmadan gündə 50 kilometr yol qət edə bilir. 

 

Ərəb dəvəsi 18 saat ərzində saatda 13-16 kilometr sürətlə hərəkət edə bilir. Dəvələr yük heyvanı olmaqla yanaşı, ətini, südünü, yununu və dərisini də istifadə edirlər.

 

İkihürgüclü dəvə (Camelus bactrianus) Orta Asiya səhralarında yaşayan iri dırnaqlı heyvandır. O, həm də dünyada qalan iki-üç dəvə növündən biridir. İkihürgüclü dəvə ərəb dəvəsindən daha uzun tüklərə sahibdir.

 

Dünyada 1,4 milyon əhliləşdirilmiş dəvə var. Lakin təbiətdə cəmi 950 vəhşi Baqtriya dəvəsi qalıb. Onların hamısı Çin və Monqolustanda yaşayır. Ona görə də onlar beynəlxalq Qırmızı kitaba düşmüşdür. 

 

Dişi adətən 13 aylıq hamiləlikdən sonra təxminən 40 kq ağırlığında bir dəvə doğur. İki saatdan sonra bala artıq anasının arxasınca gedə bilir. Dişi körpə dəvəni bir il yarıma qədər südlə bəsləyir, ancaq 6 aydan etibarən bitki yeməyə başlayır. İki il anasının yanında qalır.

 

Səhrada bitki örtüyü azdır, lakin dəvənin mədəsi ən sərt qidaları da  həzm etməyə qadirdir və o, digər heyvanların yeyə bilmədiyi tikanlı və bərkyarpaqlı bitkiləri məmnuniyyətlə yeyir. Dəvələrin əla görmə qabiliyyəti və iybilmə qabiliyyəti var.

 

Onlar uzaqdan təhlükəni görə bilir, 40-60 km məsafədə su və ya zəngin otlaq qoxusunu ala bilirlər.