Təbiət

Çiyələyə bənzər dəniz canlısı Promachocrinus fragarius

Alimlərin fikrincə, dəniz canlısının bu yeni növü dəniz ulduzu və dəniz xiyarları kimi onurğasız dəniz heyvanlarına bənzəsə də, daha böyük quruluşa malikdir.

 

“Promachocrinus fragarius”un 20 qolu var, rəngi bənövşəyi və tünd qırmızı arasında dəyişir.

 

Yeni kəşf edilən dəniz canlısının altındakı qollar kobud və zolaqlı, yuxarıdakılar isə daha tüklüdür.  

 

Böyük ölçülərə malik olan “Promachocrinus fragarius” okeanın təxminən 1981 metr dərinliklərində yaşayır.

 

Araşdırmanın təfərrüatları “Onurğasızların Sistematikası” jurnalında dərc olunub.