Göyqurşağı ispinozlarının (Chloebia gouldiae) vətəni Avstraliyadır. İlk göyqurşağı ispinozu 1844-cü ildə ornitoloq Con Qould tərəfindən kəşf edilmişdir. Quru, lakin bol su və bitki örtüyü olan mülayim iqlimə üstünlük verirlər.
Göyqurşağı ispinozları Avstraliyanın şimal-qərb hissəsində koloniyalarda yaşayır. Orta ömrü 7 il, uzunluğu 12-13 sm-dir.
Həddindən artıq rütubət və ya pis qoxu olan qapalı yer quş üçün zərərlidir. İstilik göyqurşağı ispinozu üçün olduqca vacibdir. 14 saata qədər gündüz işığına ehtiyac duyurlar.
Döş və bel rənginə görə qırmızı baş, yaşıl bel və ağ sinə olaraq təsnif edilir. Bu quşların 74 faizinin başları qara, 25 faizinin qırmızı, 1 faizinin isə narıncı olur. Erkək quşda boynu əhatə edən halqa daha qabarıqdır və rənglər dişi quşlardan daha parlaqdır. Bu quşlar əldə tutulmağı sevmirlər, stressdən təlaşa düşərək ölürlər.
Evdə göyqurşağı ispinozu saxlamaq istəyənlər ilk növbədə otaq temperaturuna fikir verməlidirlər. Onları ən azı 18-20 dərəcə istilikdə saxlamaq lazımdır. Günəşi və açıq havanı sevirlər. Bununla belə, həddindən artıq günəşə və ya küləyə məruz qalmaq ölümcül ola bilər.
Göyqurşağı ispinozları ilin vaxtından asılı olaraq müxtəlif qidalar yeyirlər. Evdə göy qurşağı ispinozu varsa, meyvə və tərəvəz vermək lazımdır. Həm də suyu çox sevdikləri üçün onların qabında həmişə təmiz su olmalıdır.
05.09.2023