Təbiət

Qoblin köpəkbalığı

Mitsukurina owstoni kimi də tanınan Qoblin köpəkbalığı, digər köpəkbalıqları ilə müqayisədə çox məşhur bir növ deyil. Atlantik Okeanının həm şərq, həm də qərb hissələri, qərbi Hind Okeanı və qərbi Sakit okean yaşayış yerləridir. Ən çox olduğu və tapıldığı yer isə  Avstraliyanın Yaponiya sahillərinə qədər olan bölgələrindədir. 

 

Onlar adi köpəkbalıqlarına bənzəmirlər. Yastı və uzun burnu var. Rəngi çəhrayıdır. Bu rəng incə dəri qatına sahib olması ilə bağlıdır. 

 

Qoblin köpəkbalığı, okeanın dərin sularında nadir hallarda görünür. Əsasən dənizin dibində yaşayır, bəzi hallarda qidalanmaq üçün 200 metrə qədər dərinlikdə görünür, maraqlı və qorxulu görünüşə malikdir. Başının yuxarı hissəsindən irəli çıxan "qılınc" kimi baş quruluşuna malikdir.

 

Qoblin köpəkbalığı 3,9 metrə qədər böyüyür.Çevik və iti dişlərlə dolu ağzı var. Dişlərinin ümumi sayı 100 ilə 120 arasındadır. Alt hissədə 60, yuxarı hissədə təxminən 50 diş var.

 

İndiyə qədər görülmüş ən böyük yetkin qoblin köpəkbalığı 5-5,5 metr uzunluğunda olub.

 

Digər köpəkbalığı növləri ilə müqayisədə çox yavaş hərəkət edirlər. Bunun səbəbi onların bədən quruluşu və üzgəclərinin çox qısa olmasıdır. Onlar ümumiyyətlə qabıqlı balıqlar, xərçənglər, hər növ sefalopodlar, bəzi istiridyələr və hətta digər teleost balıqlar ilə qidalanırlar.

 

Görmə, qoxu və elektrik qəbulu duyğularının köməyi ilə ovunu asanlıqla tutur. Ən fərqli xüsusiyyətlərində biri odur ki, ovu tutmaq üçün sürətli olmasına ehtiyac yoxdur. Olduqca sakitdir, yavaşca üzür və hədəflərinə nisbətən yavaş yanaşır.