Zəminə Xənalı. Döyüş bayrağının keşik xidmətini çəkənlərə...
Odlar diyarının oğulu-qızı,
Döyüş bayrağını hər zaman sevin.
Ulu babaların şanlı yolunu
Öyrənin, öyrədin, əzbərdən bilin.
-Döyüş bayrağının rəngi qanımız,
Parçası müqəddəs şəhid dərisi.
Parıltısı zəfərlərin işığı,
Ay-ulduzu hürriyyət, istiqlaldır.
Yazısı qəhrəmanlıq, həm şücaət
Baftası şərəfli bir məsuliyyət.
Bütün bunlar Azəri-türk xalqından
Odlar diyarına bir əmanətdir.
Bu şanlı bayrağı namusla qoru.
Polad iradənlə de:-Vətən uğru
Nəsillər boyunca müqəddəs bayraq,
Keşik xidmətinin ən şərəflisi.
Keşiyin mübarək, uğurlu olsun.
Vicdanla, namusla qoru Vətəni.
Ucaltsın göylərə qürurun səni.
Ucaltsın göylərə uğurun səni.