Rəfiqə Qasımqızı. Yağış yağır
İri, xırda damcılar,
Döyür pəncərəmizi.
Üzü aşağı axır,
Şüşədə qalmır izi.
Yağış çox güclü yağır,
Sərçələr də gizlənib.
Zingildəyən alabaş,
Navalçaya hirslənib.
Bir az da təmizlənib,
Özü göyçək yarpaqlar.
Yağan bu yağışlardan,
Cana gəlir torpaqlar.
Çox tezliklə təbiət,
Dəyişəcək donunu.
Sentyabr göstərir,
İsti yayın sonunu.
20.09.2023