Bu maraqlıdır!

Avropanın “lokomotivi” adlandırılan ölkə

Bu, ABŞ və Yaponiyaya rəqib ola bilən, Avropanın iqtisadi potensialının mərkəzi olan Almaniyadır. Onun ticarət və sənaye inkişafının (sonuncu Rur hövzəsində olan bol miqdarda kömür qatlarının olması ilə əlaqədardır) sürət və vüsəti qitənin başqa dövlətləri arasındakı aparıcı yerdə olmasını göstərir. Söhbəti balanslaşdırılmış (belə ki, sənaye inkişaf etdikcə daha çox işçi qüvvəsi cəlb olunur) və çox güclü urbanizasiyaya malik (80 milyonluq əhalinin 85 faizi şəhərlərdə yaşayır) yüksək səviyyədə inkişaf etmiş sənaye dövlətindən gedir. Dünyada onun kənd təsərrüfatı istehsalında və aqrar sahədə rolu isə o qədər də böyük deyil.