Solmaz Amanova. Turac
Ürkək-ürkək gəzən quş,
Muğan elinə bir tac.
Qorxudublar, eləmi,
Ağlama gəl, ay Turac.
Azərbaycan nağılında,
Söylənir ki, qız olmusan.
Xan evinin qulluqçusu,
Bütün işvə-naz olmusan.
Cana gəlib əzablardan,
Darağı da itirmisən.
Arzulayıb quş olmağı.
Göyə pənah gətirmisən.
Səmalarda süzən zaman,
Yadına düşübdür taxça.
İçinə daraq qoyduğun,
Taxçadakı zərli boxça.
O gün, bu gün səhərədək,
Nəğmə deyirsən baxçada.
Nəğməni eşidir hər kəs:
"Tax-tax, daraq baxçada,
Boxça da ki, taxçada!"
04.11.2023