Şeirlər

Oqtay Rza. Ata

Cəbhədən gəlir,

Səsin, sorağın;

Heç vaxt sönməsin

Ümid çırağın.

Sevinirəm ki, 

Keşiyindəsən

Ana torpağın.

 

İnan ki, vallah

Az qalıb silah

Götürüb, mən də

Vuruşum döyüş

Bölgələrində.

 

 

Vuruşum qəddar,

Azğın, amansız

Düşmənlər ilə;

Nənəm söyləyir:

"Uşaqsan hələ".

 

Nigaranıq bərk,

Ata, gözümüz

Hər gün yoldadır;

Hərdən sağsağan,

Bizi aldadır...

 

Hər saat, hər an

Sayıq ol, ata!

Qələbə qazan, 

Qəhrəmanlığa

Layiq ol, ata!