Balakən rayonu Azərbaycanın əsrarəngiz təbiətə, böyük turizm imkanlarına malik rayonlarından biridir. Rayonda bir-birindən gözəl yerlər var.
Balakən rayonu ərazisindəki ən gözəl yerlərdən biri də Katex və ya Katexçay şəlaləsidir. Bu şəlalə Azərbaycanda ən məşhur, ən bolsulu şəlalə hesab edilir.
Zaqatala Dövlət Təbiət Qoruğunun ərazisinə daxil olan şəlalənin hündürlüyü 20 metrə yaxındır.
Mütəxəssislərin fikrincə Katexçay şəlaləsinin təzyiqindən əldə edilə biləcək elektrik enerjisi bəlkə də bütöv bir rayonun işıqla təminatına bəs olar.
Şəlaləyə getmək üçün Katex kəndindən keçən sərt eniş-yoxuşlarla hərəkət etmək lazımdır. Katexçaya çatmaq üçün 500 metrlik çətin dolanbaclı və uçurumlu yolu piyada qət etmək gərəkdir. Şəlalənin yerləşdiyi ərazini görənlər əsrarəngiz mənzərədən zövq ala bilirlər. Bura turistlərin ən çox üz tutduğu məkanlardan biridir.
25.11.2023